Almaniya Polşanın "Patriot" hava hücumundan müdafiə sistemlərinin Ukraynaya təhvil verilməsi təklifinə CAVAB VERİB

24/11/2022 - 21:54

Almaniyanın müdafiə naziri Christine Lambrecht Berlinin Polşaya vəd etdiyi “Patriot” hava hücumundan müdafiə sistemlərinin birbaşa Ukraynaya ötürülməsi imkanı ilə bağlı NATO üzvü olan ölkələrin müzakirəsini istəyib.

Qafqaz.media CNN-ə istinadən xəbər verir ki, Polşa tərəfinin Kiyevə silah təhvil verilməsi ilə bağlı təklifini şərh edən Lambrecht qeyd edib:

““Patriot” sistemləri NATO-nun inteqrasiya olunmuş hava hücumundan müdafiə sisteminin bir hissəsidir. Onların Alyansdan kənarda istifadəsi NATO və Almaniyanın müttəfiqləri ilə müzakirə edilməlidir. Bizim üçün vacibdir ki, Polşa bir-birini dəstəkləyəcək müttəfiqlərə - çətin anlarda belə arxalana bilsin”, - o əlavə edib.

Xatırladaq ki, bazar ertəsi Almaniya hava hücumundan müdafiə imkanlarını gücləndirmək üçün Polşaya raket əleyhinə sistemlər, o cümlədən “Patriot” raketdən müdafiə sistemi tədarük etməyi təklif edib.

Bu, noyabrın 15-də Rusiyanın Ukraynanı atəşə tutması zamanı Ukrayna sərhədi yaxınlığındakı Polşa ərazisinə raket düşməsi və iki nəfərin ölümündən sonra baş verib.

Polşa Almaniya tərəfinin təklifini qəbul edi. Polşanın müdafiə naziri Mariuş Blaşçak əvvəlcə Varşavanın Ukrayna ilə sərhəddə “Patriot” raket əleyhinə sistemi yerləşdirmək istədiyini bildirsə də, sonradan Almaniyaya bu sistemləri Ukraynaya verməyi təklif edib. İdeya Polşanın hakim “Hüquq və Ədalət” partiyasının rəhbəri Yaroslav Kaçinski və baş nazir Mateuş Moravetski tərəfindən dəstəklənib.

Qafqaz.media