Almaniyanın büdcə üzrə dövlət katibini təqaüdə göndərdilər

24/11/2023 - 21:14

Almaniyanın maliyyə naziri Kristian Lindner 60 milyard avroluq büdcənin bloklanması və bəzi layihələrin maliyyələşdirilməsinin dondurulması fonunda büdcə üzrə dövlət katibi Verner Qatseri istefaya göndərmək qərarına gəlib.

Bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb.

K.Lindner nazirliyə uzun illər xidmət etdiyinə görə V.Qatserə təşəkkür edib və onun ölkə üçün müstəsna xidmətləri olduğunu qeyd edib.

V.Qatser dekabrın 31-dək tutduğu vəzifəni tərk edəcək. Onu hazırda nazirliyin maliyyə siyasəti və fundamental iqtisadi məsələlər departamentinə rəhbərlik edən Volf Royter əvəz edəcək.

Qeyd edək ki, 65 yaşlı V.Qatser uzun illər Almaniyanın büdcələrinin memarı hesab olunurdu. O, 2018-ci ildə qısa ara verməklə 2005-ci ildən dövlət katibi vəzifəsində çalışıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Əsgərimiz həlak oldu
15/09/2024 - 10:51
İlqar Məmmədov istefa verdi
12/09/2024 - 06:33