“AVROPADA VƏTƏNDAŞ MÜHARİBƏSİ OLACAQ”- İlon Maskdan sensasion iddia / VİDEO

28/10/2023 - 13:53

Avropa vətəndaş müharibəsinə doğru gedir, amerikalı milyarder iş adamı İlon Mask “X” sosial şəbəkəsində miqrant qadının Fransa bayrağını yandırdığı videonu şərh edərkən deyir.

Yazı müəllifi miqrantları ölkələrinə buraxmağa davam edən Avropa liderlərinə müraciət edib: “Onları öz vətənlərinə göndərin ki, orada daha xoşbəxt olsunlar. Bu insanlar fransız, alman, italyan və ya İsveç mədəniyyətinin bir hissəsi olmaq üçün burada deyillər. Onlar sizi əvəz etmək üçün buradadırlar”.

Elon Musk şərhində daha sonra yazıb: “Avropa vətəndaş müharibəsinə doğru gedir”.