Azər Turanın “Türkün atası Alp ər Tonqa” kitabı - nəşr edilib

12/08/2024 - 09:35

“Ədəbiyyat qəzeti”nin baş redaktoru filologiya üzrə fəlsəfə doktoru Azər Turanın “Türkün atası Alp Ər Tonqa (Azərbaycan və Anadolu fatehi)” kitabı çap olunub. Edebiyyatqazeti.az xəbər verir ki, kitab Atatürk Mərkəzi tərəfindən nəşrə hazırlanıb. “Türkün atası Alp Ər Tonqa (Azərbaycan və Anadolu fatehi)” kitabının redaktoru Dəyanət Osmanlıdır. Akademik Nizami Cəfərov kitabın ön sözündə yazır: “Azər Turanın "Türkün atası Alp Ər Tonqa (Azərbaycan və Anadolu fatehi)" kitabı həcmcə elə də böyük olmasa da, əhatə etdiyi məsələlərin genişliyinə, ehtiva olunan fakt, mülahizə və mövqelərin rəngarəngliyinə, ən başlıcası isə, əsaslandığı elmi-metodoloji prinsiplərin mükəmməlliyinə görə kifayət qədər fundamental əsərdir. Və bu daxili fundamentallıq özünü, hər şeydən əvvəl, onda göstərir ki, müəllif nə ayrı-ayrı rəqəmlərin dəqiqləşdirilməsinə, nə bu və ya digər coğrafi koordinatın ora-bura çəkilməsinə, nə də etimoloji janqlyorluğa meyil göstərmədən, birbaşa mötəbər  epik miqyaslarla işləməyə üstünlük verir: qədim (ümum) türk eposu "Oğuz kağan" - Herodotun "Tarix"i - Firdovsinin "Şahnamə"si - "Oğuznamə"lər xətt-xronologiyası ilə Madiva - Franxrasyan - Madyes - Əfrasiyab - Alp Ər Tonqanın tərcümeyi-halını elə panoramlı ölçülərlə bərpa edir ki, tarixdə möhtəşəm rol oynamış bütöv (və hər cəhətdən əzəmətli!) bir Etnosun bioqrafiyası dövrdən-dövrə təhrif olunmuş şəkildə yox, necə varsa, elə görünməyə başlayır.” 

Qeyd edək ki, “Türkün atası Alp Ər Tonqa (Azərbaycan və Anadolu fatehi)” kitabı “Elm və təhsil” nəşriyyatında çap edilib.

Fuad BİLƏSUVARLI

Qafqaz.Media

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Adsız oğlan
09/09/2024 - 07:33
Nanənin yerinə o gələcək
26/08/2024 - 10:49