Azərbaycan 10 ayda ixrac etdiyi neftin həcmini açıqlayıb

18/11/2024 - 14:07

Bu ilin yanvar-oktyabr ayları üzrə operativ məlumatlara əsasən, respublikada 24,1 milyon ton neft (qaz kondensatı ilə birlikdə) hasil edilib. Qafqaz.Media xəbər verir ki, bu barədə məlumat Azərbaycan Respublikası Energetika Nazirliyinin açıqladığı 10 ayın neft-qaz göstəricilərində yer alıb. Məlumata görə, neft hasilatının 13,9 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 3,5 milyon tonu (qaz kondensatı) “Şahdəniz”in, 0,5 milyon tonu (qaz kondensatı) “Abşeron” yatağının payına düşüb. SOCAR üzrə neft (qaz kondensatı ilə birlikdə) hasilatı 6,2 milyon ton təşkil edib. Bu dövrdə 19,9 milyon ton neft (qaz kondensatı ilə birlikdə) ixraca nəql olunub. Bunun 17,4 milyon tonu konsorsiumların, 2,5 milyon tonu isə SOCAR-ın payına düşüb. Neftin emalı 2024-cü ilin yanvar-oktyabr aylarında 5,5 milyon ton təşkil edib. Qeyd edək ki, 2024-cü ilin oktyabr ayında gündəlik neft (qaz kondensatı ilə birlikdə) hasilatı 79,947 min ton olub. Bunun 65,462 min tonunu xam neft, 14,485 min tonunu qaz kondensatı təşkil edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Neft yenidən bahalaşdı
18/11/2024 - 10:09
Azərbaycan nefti bahalaşıb
12/10/2024 - 10:37