Azərbaycanda dəniz nəqliyyatı ilə yük daşımaları 21 %-ə yaxın artıb
27/07/2024 - 15:32
Bu ilin yanvar-iyun aylarında Azərbaycanda dəniz nəqliyyatı ilə 1 milyon 121 min 283 ABŞ dolları dəyərində 1 milyon 435 min 665 ton yük daşınıb. “Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrünə nisbətən müvafiq olaraq 20,5 % və 0,03 % çoxdur. Altı ayda dəniz nəqliyyatı ilə ixrac olunan yüklərin həcmi 41 min 626 ton (əvvəlki ilin analoji dövrü ilə müqayisədə 8,4 % çox), dəyəri 63 milyon 24 min ABŞ dolları (31,7 % az) olub. İdxal olunan yüklərin həcmi isə 1 milyon 394 min 39 ton (0,1 % az), dəyəri 1 milyon 58 min 259 ABŞ dolları (24,9 % çox) təşkil edib.