Azərbaycanda pambıq iplikləri üzrə yeni dövlət standartı qəbul edilib

11/09/2024 - 06:52

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTANDART) AZS ISO 10290:2024 “Toxuculuq məmulatları - Pambıq ipliklər - Texniki şərtlərin əsası” dövlət standartını qəbul edib. Bu barədə "Report"a İnstitutdan bildirilib. Yeni dövlət standartının qəbul edilməsində məqsəd tək qat əyirilmiş, ağardılmamış pambıq ipliklərin təsviri zamanı tətbiq olunmalı meyarların və müvafiq sınaq üsullarının müəyyənləşdirilməsidir. Yeni dövlət standartının tətbiqi pambıq iplikləri məhsullarının istehsalının müasir tələblərə uyğunlaşdırılmasına və yerli malların beynəlxalq bazarda etibarlılığının artmasına imkan yaradacaq. Dövlət standartı “Tekstil sahəsi” standartlaşdırma üzrə Texniki Komitədə (AZSTAND/TK 45) müzakirə olunub və İnstitut onu qəbul edərək standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Neft bahalaşmaqda davam edir
19/11/2024 - 09:19
Neft yenidən bahalaşdı
18/11/2024 - 10:09