Azərbaycanda "YouTube" kanalı ilə problem yaranıb? - Qeydiyyat çətinləşib...

18/07/2024 - 13:25

Azərbaycan "YouTube" kanal sahibləri son zamanlar kanallarında problemlər olduğundan şikayət edirlər. Bildirilir ki, yeni kanallar Youtube sisteminə qoşula bilmir. Məlumata görə, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə "YouTube" şirkəti arasında cari müqavilə imzalanması ləngiyir.

Şikayətçilərin qeyd etdiyi "YouTube" ilə bağlı problem nədir?

Teleqraf.com-a danışan sosial media eksperti Fərid Kazımov deyir ki, "YouTube" ilə bağlı ümumi sıxıntı prosedurların düzgün yerinə yetirilməməsi ilə bağlı ola bilər:

“Çünki Azərbaycanda "YouTube" ilə bağlı maneələr yoxdur. Onlayn ödənişlərdə də problem olmamalıdır. Sadəcə, prosedur bir az mürəkkəbdir. Ola bilsin, istifadəçilər həmin prosedurları düzgün yerinə yetirə bilmirlər. Şərtlər də zaman-zaman dəyişir. Bildiyim qədərilə Azərbaycanda "YouTube" kanalından ödənişlərdə problem müşahidə olunmur. Texniki səhvlər və ya fərdi problemlər mümkündür.

Ola bilər, kimsə başqa e-maillə qeydiyyatdan keçib. Yenilikləri kanala tətbiq edə bilmir. Sosial şəbəkələrin qeydiyyatı zamanı email ünvanı əsas götürülür. Müəyyən məsələlər var. Bilməliyik ki, “You Tube” kanalının ölkələr üzrə strategiyası fərqlidir. Ancaq mən hesab edirəm ki, məsələyə fərdi yaşanmaq lazımdır. Xüsusi problemləri kanal sahibləri "Youtube" müraciət edərək həll edilə bilər”.

Rəqəmsal İnkişaf Nazirliyinin “YouTube” ilə müqavilə məsələsini öyrənmək üçün nazirliklə əlaqə saxladıq.

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyindən belə bir məlumatın daxil olmadığı bildirildi.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Metroda təşviş yaşandı
27/11/2024 - 18:53