Azərbaycanda zəlzələ oldu
25/08/2024 - 08:50
Şamaxıda 3,1 maqnitudada zəlzələ olub. Bu barədə Publika.az-a AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib. Yeraltı təkanlar saat 07:29-da Qobustan stansiyasından 28 km qərbdə qeydə alınıb. Zəlzələ ocağı 7 kilometr dərinlikdə yerləşib.Zəlzələ hiss olunmayıb.