Azərbaycanın iki güləşçisi dünya çempionatında bürünc medal qazanıb

25/08/2024 - 07:46

İordaniyanın paytaxtı Ammanda keçirilən sərbəst güləş üzrə 17 yaşadək yeniyetmələr arasında dünya çempionatında mübarizəyə start verilib. APA xəbər verir ki, gu barədə Azərbaycan Güləş Fedeeasiyası məlumat yayıb.  Çempionatın beşinci günündə Azərbaycanın iki sərbəst güləşçisi bürünc medal qazanıb. Hüseyn Hüseynov (55 kiloqram) startda türkmənistanlı Azatberdi Aşırquliyevdən güclü olub – 3:1. Həmyerlimiz daha sonra tunisli Mokbel Sahliyə heç bir şans verməyib – 11:1. Hüseyn yarımfinalda Puerto-Riko təmsilçisi Josef Baxmana 2:5 hesabı ilə məğlub olub. Bürünc medal uğrunda yarışda Hüseynov ermənistanlı Qaqik Qazaryanı 2:1 hesabı ilə üstələyərək dünya çempionatını 3-cü pillədə başa vurub. Muxamad Qantemirov (110 kiloqram) 1/8 finalda amerikalı Maykl Mokkoya uduzub – 6:16. Belaruslu Yaraslav Koxan təsəlliverici görüşə gəlmədiyi üçün Qantemirov birbaşa üçüncü yer uğrunda qarşılaşmaya vəsiqə qazanıb. Gürcüstanlı Qiqiya Lukunidze üzərində inamlı qələbə (7:0) qazanan Muxamad bürünc mükafatı boynundan asıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Azərbaycana 13 sm qar yağdı
27/11/2024 - 10:42
Sabah Bakıya leysan yağacaq
26/11/2024 - 12:56
Sağlamlığın tək ünvanı
26/11/2024 - 12:10