Azərbaycanla Türkiyə arasında elm və təhsil sahəsində əməkdaşlıq müzakirə edilib
19/11/2024 - 13:34
Noyabrın 18-də elm və təhsil naziri Emin Əmrullayev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində ölkəmizdə səfərdə olan Türkiyənin təhsil naziri Yusuf Tekin ilə görüşüb. Bu barədə APA-ya Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, görüş zamanı iki qardaş ölkə arasında elm və təhsil sahəsində əməkdaşlığın inkişaf perspektivlərinə dair müzakirələr aparılıb.