Lukaşenko Azərbaycana səfərə gəlib

11/11/2024 - 15:08

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək üçün noyabrın 11-də Azərbaycan Respublikasına səfərə gəlib. APA xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycanın ədliyyə naziri Fərid Əhmədov, ölkəmizin Belarusdakı səfiri Məhərrəm Əliyev və digər rəsmi şəxslər qarşılayıblar.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ