Bakı-Qazax yolunda qəza olub, ölən və xəsarət alanlar var

01/07/2024 - 15:08

Ucarda yol-nəqliyyat hadisəsi olub.
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün günorta saatlarında Bakı-Qazax əsas magistral yolunun Ucar rayonunun Müsüslü kəndindən keçən hissəsində qeydə alınıb. "KİA" markalı minik maşını idarəetmədən çıxaraq beton arakəsməyə çırpılıb. Nəticədə bir nəfər hadisə yerində həyatını itirib, 2 nəfər isə ağır xəsarət alıb.

Fakt araşdırılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ