Bakıda gənc oğlan bıçaqlanıb
16/10/2024 - 07:18
Bakının Sabunçu rayonunda dava zamanı bir nəfər bıçaq xəsarətləri alıb. APA xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsində qeydə alınıb. 1998-ci il təvəllüdlü Kazımlı Emil Emin oğlu dava zamanı bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib. Faktı Sabunçu Rayon Polis İdarəsi araşdırır.