Bakıda itkin düşən 8-ci sinif şagirdi tapılıb - YENİLƏNİB

12/02/2024 - 10:49

Bakıda itkin düşən 14 yaşlı məktəbli qız tapılıb.

Bu barədə APA-ya 3 nömrəli tam orta məktədən xəbər verilib.

Bildirilib ki, məktəbin VIII sinif şagirdi (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) hazırda dərsdədir.

Bakıda 14 yaşlı məktəbli qız itkin düşüb.

APA xəbər verir ki, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, A.Gəraybəyli küçəsində yaşayan 3 saylı tam orta məktəbin 8-ci sinif şagirdi 2010-cu il təvəllüdlü Əsnat Həsənli fevralın 9-da evdən çıxıb, geri qayıtmayaraq itkin düşüb.

Faktla bağlı araşdırma aparılır.

Qafqaz.Media

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ