Bakıda yük maşını ilə minik avtomobili toqquşdu: ölən və yaralananlar var

19/11/2022 - 14:02

Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Qafqaz.media xəbər verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb. Belə ki, yük maşını ilə minik avtomobilinin toqquşması nəticəsində bir nəfər dünyasını dəyişib, iki nəfər isə xəsarət alıb.

Hadisə yerinə Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırmalar aparılır.