BAYDEN İSRAİLDƏN MÜHÜM MESAJLAR VERDİ - “ABŞ-ın hansı tərəfdə olduğunu bütün dünya bilsin”

18/10/2023 - 13:18

İsrailin baş naziri Benyamin Netanyahu ABŞ prezidenti Co Baydenlə keçirdiyi brifinqdə “bütün sivil dünya HƏMAS-ı məğlub etmək üçün birləşməlidir” deyib.

Bu barədə “Guardian” xəbər verir.

İsrailin baş naziri Baydenə səfərinə və yəhudi dövlətinə qeyd-şərtsiz dəstəyə görə təşəkkür edib.

Netanyahu deyib ki, ABŞ-ın İsraili özünümüdafiə vasitələri ilə təmin etməsi, bölgəyə göndərdiyi iki təyyarə gəmisi bnütün dünyaya açıq mesajdır.

“Ancaq hər şeydən əvvəl, cənab Prezident, dünya sizin İsrailə hücumdan sonra nümayiş etdirdiyiniz dəstəyi daha aydın görür. Siz sivil qüvvələrlə vəhşi tayfa arasında dəqiq bir xətt çəkdiniz və HƏMAS-ın hərəkətlərini şər kimi səciyyələndirdiniz”, - Netanyahu bildirib.

Co Bayden də öz növbəsində deyib: “Bu gün burada olmaq istədim. Sadə bir səbəbə görə, mən İsrail xalqının və bütün dünyadakı insanların Birləşmiş Ştatların kimin tərəfində olduğunu bilmələrini istəyirəm”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ