Belçika Ukraynaya pilotsuz sualtı maşınlar və mobil laboratoriyalar verəcək

26/11/2022 - 12:48

Brüssel Ukraynaya 10 pilotsuz sualtı maşın və iki mobil laboratoriya verəcək.

Bu barədə Belçikanın müdafiə naziri Ludivine Dedonder məlumat verib.

Nazir bildirib ki, Belçika hakimiyyəti Avropa Birliyinin (AB) təlim missiyası çərçivəsində Ukraynaya 100-ə yaxın təlimçi göndərəcək.