Biləsuvarda elektrik xətləri YENİLƏNİR

04/02/2024 - 14:21

Biləsuvar şəhəri ərazisində və iki kənddə elektrik xətləri yenilənir.

 

Qafqaz.Media xəbər verir ki, artıq şəhər ərazisində yerləşən 11 nömrəli xətdə SİP kabelləşmə işləri başa çatmaq üzrədir.

 

Həmçinin 6 nömrəli xəttin əhatə etdiyi Biləsuvar şəhərinin Təyyarə meydanı, Promxor adlanan ərazilərində, eyni zamanda Aşağı Cürəli və Əsgərabad kəndlərində də işləri aparılır.

 

İşlər yekunlaşdıqdan sözügedən ərazilər keyfiyyətli, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunacaq.

 

Qeyd edək ki, Biləsuvar şəhərinin bəzi ərazilərində elektrik xətləri yararsız vəziyyətdə olduğu üçün, tez-tez enerjinin verilişində problemlər yaranırdı.

Qafqaz.Media

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ