Biləsuvarda şəhidlərin xatirəsinə həsr olunmuş güləş üzrə region açıq birinciliyi keçirilib

20/10/2024 - 21:59

Biləsuvarda Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş güləş üzrə region açıq birinciliyi keçirilib. "Report"un Muğan bürosunun məlumatına görə, Vətən müharibəsi şəhidləri İqbal Astanlının və Babək Mahmudlunun xatirəsinə həsr olunmuş yunan-roma və sərbəst güləş idman növü üzrə 2010-2011-ci il təvəllüdlü yeniyetmələr arasında region açıq birinciliyi 18-20 oktyabr tarixlərini əhatə edib. Gənclər və İdman Nazirliyinin Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin və Azərbaycan Güləş Federasiyasının birgə təşkilatçılığı ilə Biləsuvar Olimpiya İdman Kompleksində keçirilən birincilikdə Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin rəisi Aydın Yusifov, sektor müdiri Azad Quliyev, YAP Biləsuvar rayon təşkilatının sədr müavini Aqşin Qasımov, güləş üzrə Dünya çempionatının bürünc, Avropa çempionatının gümüş və bürünc mükafatçısı Taleh Məmmədov, beynəlxalq dərəcəli hakim Tural Əliyev, Olimpiya Kompleksinin direktoru Tofiq Şahbazov, rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları, idarə,təşkilat və müəssisə rəhbərləri, şəhidlərin valideynləri və rayon sakinləri iştirak ediblər. Çıxışlardan sonra şəhidlərin həyatını və döyüş yolunu əks etdirən videoçarx nümayiş olunub. Respublikanın 30-dan çox bölgəsindən 400 nəfərə yaxın idmançı arasında gərgin və maraqlı görüş keçirilib. Yaş qrupları üzrə keçirilən görüşlərin sonunda qaliblər mükafatlandırılıb. Mükafatlandırma mərasimində qalib idmançılara diplom, medal və qiymətli hədiyyələr təqdim edilib.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Sabah qar yağacaq
16/11/2024 - 13:01
Bu xanımlara vəzifə verildi
16/11/2024 - 13:00
Sabiq prokuror vəfat etdi
14/11/2024 - 13:21