"BİZ MÖCÜZƏ GÖZLƏMİRİK" - Ukrayna Milad bayramını müharibə şəraitində qeyd edir

25/12/2022 - 10:12

Ukraynanın əksər sakinləri pravoslavlığı qəbul edir və Milad bayramını yanvarın 7-də qeyd edirlər. Amma dünya xristianlarının böyük hissəsi kimi, dekabrın 25-də bu günü qeyd edən ukraynalıların sayı da getdikcə artır.

Ukrayna prezidenti Vladimir Zelenski şənbə günü axşam Milad mesajı ilə çıxış edərək, Ukrayna xalqını Rusiyanın işğalı qarşısında dözümlülük nümayiş etdirməyə çağırıb. “Kimsə bu Milad bayramını əsirlikdə qeyd edəcək, amma harada olmağımızdan asılı olmayaraq, bu gün birlikdə olacağıq.

Bayramlarımızı həmişəki kimi qeyd edəcəyik. Gülüb xoşbəxt olacağıq. Həmişəki kimi. Yalnız bir fərq var: biz möcüzə gözləməyəcəyik, çünki onu özümüz yaradırıq”, - deyə Ukrayna prezidenti bildirib.

Владимир Зеленский

Milad ərəfəsində Baxmut bölgəsində şiddətli döyüşlər davam edir. Daxili İşlər Nazirliyinin “Dnepr-1” xüsusi təyinatlı alayının ukraynalı əsgəri cəbhə xəttində bəzədilmiş yolkanın yanında dayanıb.

Украинский военнослужащий из полка спецназа МВД "Днепр-1" рядом с украшенной рождественской елкой на линии фронта в районе Бахмута

"Ukrayna Hərbi Hava Qüvvələri Şaxta babanı Ukrayna hava məkanında qarşılayır və ona təhlükəsiz uçuşa zəmanət verir", - Ukrayna Hərbi Hava Qüvvələri tvitter hesabında yazıb.

артисты на позициях в Харьковской области

Şaxta baba isə Donetsk vilayətinin qərbindəki Slavyanskın uşaqlarına hərbi yolsuzluq avtomobilində hədiyyələr gətirib.

 

жители Бахмута