BMT-dən QORXULU PROQNOZ – “216 milyon insan yaşadığı bölgəni tərk etməli olacaq”

07/10/2023 - 11:34

“İqlim dəyişikliyi səbəbiylə cəmi 30 il sonra böyük bir kütləvi miqrasiya axını baş verəcək”.

“AzPolitika.info” xəbər verir ki, bunu Cenevrədə keçirilən “Miqrasiya üzrə Beynəlxalq Dialoq” adlı proqramda çıxış edən BMT-nin baş direktoru Emi Pope deyib.

Onun sözlərinə görə, hazırda təxminən 300 milyon insan iqlim dəyişikliyindən təsirlənəcək bölgələrdə yaşayır

BMT-nin bu proqramdan sonra dərc etdiyi hesabata görə, iqlim dəyişikliyinin birbaşa təsiri nəticəsində 2050-ci ilə qədər 216 milyon insan yaşadığı bölgəni tərk etməli olacaq.