BMT-nin baş katibi BRICS sammitində - Rəsmi Kiyev nə deyir?

22/10/2024 - 21:42

BMT-nin baş katibi Antonio Quterreş Kazanda keçiriləcək BRICS sammitində iştirak edəcək. Publika.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Oktyabrın 23-də BMT-nin baş katibi Rusiya Prezidenti Vladimir Putinlə görüşməyi planlaşdırır. Bundan əvvəl Ukrayna Xarici İşlər Nazirliyi Quterreşin bir vaxtlar Kiyevin təşkil etdiyi “sülh sammitinə” gəlməkdən imtina etməsini , lakin eyni zamanda Kazanda keçiriləcək BRICS sammitində iştirak etmək qərarına gəlməsini yanlış seçim adlandırıb. Diplomatlar hesab edirlər ki, bu addım sülh işinə töhfə vermir və yalnız BMT-nin nüfuzuna xələl gətirir. BRICS-in Kazan sammiti oktyabrın 22-də başlayıb. Tədbir oktyabrın 24-dək davam edəcək. İclasda ilk dəfə olaraq assosiasiyaya yeni üzv ölkələr iştirak edəcək.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Doqquz terrorçu məhv edildi
24/11/2024 - 16:30