Braziliyada qasırğa nəticəsində 7 nəfər ölüb

13/10/2024 - 07:34

Braziliyanın San-Paulu ştatında baş verən qasırğa nəticəsində azı 7 nəfər ölüb, 1,4 milyona yaxın insan işıqsız qalıb. "Report"un xəbərinə görə, bu barədə "G1" portalı regionun mülki müdafiə xidməti və elektrik enerjisi təchizatçısı “Enel” şirkətinə istinadən məlumat yayıb. Hakimiyyət orqanlarının məlumatına görə, iki nəfər ağacların aşması, daha beş nəfər isə divarın uçması nəticəsində həlak olub. "Enel xəbər verir ki, saat 15:00-a (Bakı vaxtı ilə saat 22:00) 650 min abonentə elektrik enerjisinin verilişi bərpa edilib. Dünən gecə saat 20:00 radələrində (Bakı vaxtı ilə saat 03:00) 2,1 milyon abonent işıqsız qalıb. Məlumata görə, bəzi istehlakçılar elektrik enerjisinin 14 oktyabr, bazar ertəsi bərpa ediləcəyi barədə bildiriş alıblar.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Kipr sahilində zəlzələ oldu
17/11/2024 - 13:15