Brazilyada İsa Məsihin heykəlini ildırım vurub

11/02/2023 - 21:55

Braziliyanın simvolu sayılan İsa Məsihin heykəlini ildırım vurub.

APA xəbər verir ki, bu barədə “Vesti.ru” məlumat yayıb.

Heykəl dəniz səviyyəsindən 700 metr yüksəklikdə yerləşir.

2010-cu ildə heykəl ildırım vurması nəticəsində zədələnmiş, bundan sonra onun üzərinə ildırımötürücülər quraşdırılmışdır.

Xatırladaq ki, heykəlin təntənəli açılışı 12 oktyabr 1931-ci ildə olub.