Britaniya Ukraynaya “Brimstone-2” raketlərini təhvil verib – VİDEO / RƏSMİ AÇIQLAMA
Böyük Britaniyanın Müdafiə Nazirliyi yüksək dəqiqlikli lazerlə idarə olunan “Brimstone-2” raketlərinin Ukraynaya təhvil verilməsini təsdiqləyib.
Qafqaz.media xəbər verir ki, bu barədə Böyük Britaniyanın Müdafiə Nazirliyinin “Twitter” səhifəsində məlumat verilib.
Bildirilir ki, bu raketlər Britaniyanın Ukrayna hərbçilərinə yardım paketinin bir hissəsi kimi təqdim edilib və onlar yüksək dəqiqliklə idarə olunması ilə seçilirlər.
"Bu yardım Rusiyanın irəliləyişinin qarşısını almaqda həlledici rol oynayıb", - hesabatda deyilir.
Təkmilləşdirilmiş yüksək dəqiqlikli “Brimstone-2” raketləri əvvəllər Ukraynaya təhvil verilmiş birinci nəsil “Brimstone” raketlərindən iki dəfə uzun atış məsafəsinə malikdir. Onlar lazer təyinat sistemi ilə təchiz olunub və həm döyüş təyyarələrindən, həm də güclü yük maşınlarından buraxıla bilər. Belə bir raketin qiyməti təxminən 175.000 funt-sterlinqdir.
🎬 As part of its aid package, the UK has provided Brimstone 2 missiles, a precision-guided missile, to the Ukrainian Armed Forces.
This aid has played a crucial role in stalling Russian advancements.
🇺🇦 #StandWithUkraine 🇺🇦 pic.twitter.com/SpVnWqeiVm
— Ministry of Defence 🇬🇧 (@DefenceHQ) November 27, 2022
Qafqaz.media