Britaniya Ukraynaya “Brimstone-2” raketlərini təhvil verib – VİDEO / RƏSMİ AÇIQLAMA

27/11/2022 - 17:54

Böyük Britaniyanın Müdafiə Nazirliyi yüksək dəqiqlikli lazerlə idarə olunan “Brimstone-2” raketlərinin Ukraynaya təhvil verilməsini təsdiqləyib.

Qafqaz.media xəbər verir ki, bu barədə Böyük Britaniyanın Müdafiə Nazirliyinin “Twitter” səhifəsində məlumat verilib.

Bildirilir  ki, bu raketlər Britaniyanın Ukrayna hərbçilərinə yardım paketinin bir hissəsi kimi təqdim edilib və onlar yüksək dəqiqliklə idarə olunması ilə seçilirlər.

"Bu yardım Rusiyanın irəliləyişinin qarşısını almaqda həlledici rol oynayıb", - hesabatda deyilir.

Təkmilləşdirilmiş yüksək dəqiqlikli “Brimstone-2” raketləri əvvəllər Ukraynaya təhvil verilmiş birinci nəsil “Brimstone” raketlərindən iki dəfə uzun atış məsafəsinə malikdir. Onlar lazer təyinat sistemi ilə təchiz olunub və həm döyüş təyyarələrindən, həm də güclü yük maşınlarından buraxıla bilər. Belə bir raketin qiyməti təxminən 175.000 funt-sterlinqdir.

Qafqaz.media