Bu il dəyəri 120 milyon manatdan çox olan narkotik vasitə dövriyyədən çıxarılıb

16/09/2024 - 11:42

Bu ilin 9 ayı ərzində dəyəri 120 milyon manatdan çox narkotik vasitə dövriyyədən çıxarılıb. Bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komisiyyasından məlumat verilib.Bildirilib ki, Daxili İşlər Nazirliyinin təşkilatçılığı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin və digər aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə 1265 hektar sahədən 2 milyon 691 min.539 ədəd yabanı halda bitmiş narkotik tərkibli bitkilər müəyyən olunaraq müvafiq qaydada məhv edilib. Bildirilib ki, qanunsuz dövriyyədən çıxarılmış 5 ton 092 kq 868,748 qr narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 120 milyon 733 min AZN kimi qiymətləndirilir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Sabah qar yağacaq
16/11/2024 - 13:01
Bu xanımlara vəzifə verildi
16/11/2024 - 13:00
Sabiq prokuror vəfat etdi
14/11/2024 - 13:21