Bu rayonlarda narkotik istifadəçiləri daha çoxdur - SİYAHI

14/03/2024 - 19:47

2023-cü ildə Bakı şəhəri üzrə 11 152 nəfər, Sumqayıt şəhəri üzrə 3 692 nəfər, Gəncə şəhəri üzrə isə 3 193 nəfər narkotik istifadəçisi qeydiyyatda olub.

Stopnarkotik.az xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının 2023-cü il üzrə hesabatında qeyd olunub.
 

Rayonlar üzrə statistikaya gəlincə, narkotik istifadəçilərinin sayına görə ilk üçlükdə yer Lənkəran, Salyan və Şirvan rayonları yer alıb.

Lənkəranda 3 193 nəfər, Salyanda 1 248 nəfər, Şirvanda 1 233 nəfər narkotik istifadəçisi qeydiyyatdadır. Ölkə üzrə isə narkotik istifadəçilərinin sayı 36 659-dur.

Qafqaz.Media

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Metroda təşviş yaşandı
27/11/2024 - 18:53