“Bu tanklar Ukraynaya öz ərazisini, o cümlədən Krımı azad etməyə kömək edəcək” – AĞ EVDƏN AÇIQLAMA

26/01/2023 - 00:23

“Ukrayna Silahlı Qüvvələrinə tankların tədarükü Ukraynaya öz ərazisini azad etmək və Rusiya ordusunun gələcək hücumundan qorunmaq üçün nəzərdə tutulub”.

Qafqaz.media xəbər verir ki, bu barədə ABŞ prezidenti Co Baydenin administrasiyasından bildirilib.

“Biz Ukraynanı Rusiyanın hücumundan müdafiə etmək üçün vasitələrlə təmin etmək istəyirik ki, onlar öz suveren ərazilərini geri qaytara bilsinlər”, – Ağ Evin yüksək rütbəli rəsmisi bildirib.

Jurnalistlərin Krımın bu konsepsiyaya daxil olub-olmaması ilə bağlı sualına cavab olaraq rəsmi belə deyib: "Krım Ukraynadır. Biz Krımın qanunsuz ilhaqını heç vaxt tanımamışıq. Ukraynalılar hara hücum etmək istəyirlər və öz ərazilərində necə əməliyyatlar keçirmək istəyirlər, onların qərarıdır”.

Qafqaz.media