Çexiyada daşqınlardan dövlətə dəyən ziyan 1,2 milyard avro təşkil edə bilər

16/10/2024 - 07:31

Çexiyada sentyabr ayında baş verən daşqınların vurduğu ziyan dövlət şirkətləri və müəssisələri üçün 25-30 milyard kron (1-1,2 milyard avro) təşkil edə bilər. APA “CTK” agentliyinə istinadən xəbər verir ki, bu barədə respublikanın maliyyə naziri Zbınek Stanyura bildirib. Daşqınlardan dəymiş zərərin dəqiq məbləği dekabrın 5-nə qədər Çexiya hakimiyyəti tərəfindən müəyyən ediləcək.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Kipr sahilində zəlzələ oldu
17/11/2024 - 13:15