Cəlilabadda qaz kəməri zədələnib, 2300 abonent qazsız qalıb

13/07/2024 - 16:57

Cəlilabadda 2300 abonent qazsız qalıb, buna səbəb qazıntı aparılan zaman qaz kəmərinin zədələnməsi olub. APA - nın cənub bürosunun verdiyi xəbərə görə, Cəlilabad rayonu "Günəşli" qaz paylayıcı stansiyadan qidalanan Təzəkənd, Üçtəpə və Cəfərxanlı kəndlərini qidalandıran diametri 200-mmlik yeraltı qaz kəməri internet xətlərini çəkən podratçı şirkət tərəfindən qazıntı aparılarkən zədələnib. Nəticədə 2300 abonetin qaz təchizatı dayanıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Sabiq prokuror vəfat etdi
14/11/2024 - 13:21
Salyanda ev yanıb
11/11/2024 - 16:39
Pensiya alanlara xəbər var
11/11/2024 - 16:37