CNN: ABŞ “Vaqner”i terror təşkilatı kimi tanıya bilər

30/11/2022 - 23:29

ABŞ “Vaqner”i terror təşkilatları siyahısına salmağı düşünür.

Qafqaz.media xəbər verir ki, CNN bu barədə Bayden Administrasiyasının yetkilisinə istinadən məlumat verib.

“Yekun qərar hələ qəbul edilməyib və belə bir qərarın qəbul edilməsində hüquqi prosesin çox vaxt apardığını nəzərə alsaq, bunun nə vaxt ediləcəyi bəlli deyil”, - rəsmi mənbələr bildirib.

“Vagner” artıq ABŞ sanksiyaları altındadır, lakin terror təşkilatı kimi tanınmanın potensial olaraq daha ağır nəticələri var.

Ölkə qanunlarına görə, ABŞ yurisdiksiyasına tabe olan bütün şəxslərin bu cür təşkilatlara hər hansı yardım göstərməsi qadağandır. Belə təşkilatların əcnəbi üzvlərinin ABŞ-a girişi qadağan edilir, ABŞ-da isə olanlar deportasiya ilə üzləşirlər. Bundan əlavə, bu cür təşkilatların aktivlərini saxlayan bütün ABŞ maliyyə qurumları onlara nəzarət etməli və səlahiyyətli orqanlara hesabat verməlidir.

Qafqaz.media