Daha bir bokusçumuz Avropa çempionatında gümüş medal qazanıb

20/10/2024 - 18:45

Azərbaycan millisi Bolqarıstanın paytaxtı Sofiyada 23 yaşadək boksçular arasında Avropa çempionatında daha bir medal qazanıb. APA xəbər verir ki, yığmamızın aktivinə növbəti mükafatı Nicat Hüseynov yazdırıb. 51 kq-da çıxış edən boksçumuz qitə birinciliyini gümüş medalla başa vurub. Bu, Hüseynovun Avropa çempionatlarında qazandığı 3-cü medal olub. O, daha öncə U-22-lər arasında çempion tituluna yiyələnib. Yığmamızın Sofiyada əldə etdiyi medalların sayı isə 3-ə yüksəlib. Hüseynovdan öncə Tural Sarıyev (48 kq) ikinci, Marjona Savriyeva (50 kq) üçüncü yeri tutub. Qeyd edək ki, bu gün yığmamızın daha 1 boksçusu final qarşılaşmasına çıxacaq.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Sabah qar yağacaq
16/11/2024 - 13:01
Bu xanımlara vəzifə verildi
16/11/2024 - 13:00
Sabiq prokuror vəfat etdi
14/11/2024 - 13:21