“Daha bir övladımı itirmək istəmirəm...” - Çarəsiz vəziyyətdə qalan ailənin köməyə ehtiyacı var + FOTOLAR

14/10/2024 - 12:57

5 yaşlı Yağmur Şirinova ağır dərəcəli kifoz xəstəliyindən əziyyət çəkir. Artıq bir neçə aydır ki, müalicə olunan Yağmurun səhhətində ciddi problemlər yaranmağa başlayıb. Bu yaxınlarda bir övladını itirmiş ailənin maddi durumu isə çox pisdir. Ailənin hazırkı gəliri Yağmurun müalicə xərclərini qarşılamağa yetmir. Yağmurun anası Şirinova Səbinə Əjdər qızı “AzPolitika”-ya müraciətində bildirib ki, ağır xəstəlikdən vəfat edən övladının illərlə davam edən müalicəsindən sonra ailənin maddi durumu xeyli aşağı düşüb:“Mənim iki övladım var idi. Atam, anam, ailəm yanımda idi. Biz çox gözəl həyat yaşayırdıq. Lakin günlərin birində 2 yaşlı oğlumda qan xərçəngi xəstəliyi aşkarlandı. Həmin vaxtdan övladımın həyata tutuna bilməsi, yaşamını davam etdirməsi üçün bütün imkanlarımızı səfərbər etdik. 6 il Azərbaycanda müalicə alsa da, səhhətində hər hansı müsbət bir dəyişiklik olmadı. Nihatın müalicəsi üçün evimizi, həyat yoldaşımın avtomobilini satdıq, qohum-əqrabadan borc aldıq, yardımlar topladıq və onu Türkiyənin Antalya şəhərində yerləşən “Medical” xəstəxanasına apardıq. Burada bir müddət müalicə olunan övladım bütün səylərimizə baxmayaraq 8 yaşında gözlərini dünyaya əbədi olaraq yumdu. Təəssüflər olsun ki, ailməzin Nihat üçün apardığı bu çətin, əzab-əziyyətli, keşməkeşli mübarizə xoş sonluqla bitmədi... Nihatın ölümündən az bir müddət sonra isə anamı itirdim. Polis orqanlarında çalışan atam 3 dəfə infarkt keçirdi və yataq xəstəsi oldu. Eyni anda bu qədər itkilər vermək həm ailəmizi, həm də məni çox dərindən sarsıtdı. Hazırda psixoloji problemlərimə görə, mən özüm də müalicə alır, dərmanlar qəbul edirəm. 5 yaşlı qızım Yağmurun da müalicəyə ehtiyacı var. Ancaq həm maddi, həm də mənəvi cəhətdən tükənmiş vəziyyətdə olan ailəmizin Yağmurun müalicəsinə gücü çatmır. Artıq bizim heçnəyimiz qalmayıb. Kirayədə yaşayırıq, həyat yoldaşım da fəhlədir. Heç bir yerdən əlavə gəlirimiz yoxdur. Dövlətdən də maddi yardım almırıq”. S. Şirinova övladının müalicəsini qarşılamaqda çətinlik çəkdiklərini bildirir:“Övladımda üçüncü dərəcəli kifoz aşkarlanıb. Həkimlərin dediyinə görə, bu, xəstəliyin ağır mərhələsi hesab olunur. Dördüncü dərəcədə artıq əməliyyat şərt olacaq. Bu, olduqca bahalı və riskli bir əməliyyatdır. Xəstəliyin irəliləməməsi üçün Yağmurun davamlı müalicəyə ehtiyacı var. Hazırda tok, idman və masajla müalicə olunur. Bütün bunlara 15 gün ərzində 900 manat pul ödəyirik. Mən bir övladını itirmiş ana kimi, imkanlı şəxslərə üz tutaraq onlardan yardım istəyirəm. Xahiş edirəm ki, övladımın müalicəsində bizə kömək etsinlər. Hazırda Yağmurun sizlərdən gələcək maddi yardımlara böyük ehtiyacı var. Çarəsiz vəziyyətdə qalmışıq. Yardımsevər insanlardan bizi anlamalarını xahiş edirəm. Bir övladımı itirmişəm, daha bir övladımı da itirmək istəmirəm...".

“AzPolitika.info”

Kart nömrəsi: 5243 7544 4153 4102 (Unibank)

Əlaqə: 077-397-24-77

“AzPolitika.info”

 

 

 

 

 

 

 

nivea.az

Перейти

 

favicon

Реклама

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Sabah qar yağacaq
16/11/2024 - 13:01
Bu xanımlara vəzifə verildi
16/11/2024 - 13:00
Sabiq prokuror vəfat etdi
14/11/2024 - 13:21