Ədəbiyyat üzrə Nobel mükafatı bu şəxsə verildi

11/10/2024 - 07:50

İsveç Kral Elmlər Akademiyası ədəbiyyat üzrə Nobel mükafatı laureatını elan edib. Modern.az Nobel mükafatının rəsmi “nobelprize.org” saytına istinadla xəbər verir ki, mükafat Cənubi Koreya yazıçısı Han Kanqa verilib. Onun ən məşhur əsərləri 2016-cı ildə Beynəlxalq Buker Mükafatını qazandığı “Vegetarian”, həmçinin “İnsan aktları” və “Ağ kitabdır”. 2018-ci ildə onun “Əlvida” novellası Kim Yuçjun mükafatını, 2023-cü ildə isə onun son romanı “Mən əlvida demirəm” Fransada “Mediçi” mükafatına layiq görülüb. Mükafat “tarixi travmalara qarşı duran və insan həyatının kövrəkliyini ifşa edən gərgin poetik nəsrə görə” ifadəsi ilə təqdim edilib. Onun yaradıcılığı mühüm sosial mövzuları əhatə edir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Kipr sahilində zəlzələ oldu
17/11/2024 - 13:15