Diaspor fəalı Hirosima sakinlərinə Azərbaycanı tanıdıb - FOTOLAR

29/11/2022 - 12:18

Yaponiyanın Hirosima şəhərində Azərbaycan həqiqətlərinə, mədəniyyətinə və adət-ənənələrinə həsr olunmuş tədbir keçirilib.

Qafqaz.media xəbər verir ki, Yaponiyadakı Azərbaycan diasporunun fəal üzvü Nemət Mirzəyevin təşkilatçılığı ilə baş tutan tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Sonra Nemət Mirzəyev Azərbaycanın coğrafi mövqeyi, qədim tarixi, Ermənistanın işğalçı siyasəti, Qarabağ Zəfərimizə gətirib çıxaran proseslər, zəngin mədəniyyətimiz, adət-ənənələrimiz, ölkəmizdəki multikultural dəyərlər barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.

Azərbaycan musiqisinin səsləndirildiyi tədbirdə milli mətbəx nümunələrimiz təqdim olunub.

Qafqaz.media

"

"

"

"

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ