Ədliyyə naziri Saakaşvilini “video görüntülər”lə şantaj edir - MEDİA

14/12/2022 - 12:09

Gürcüstanın ədliyyə naziri Rati Breqadze bildirib ki, Mixail Saakaşvilinin ölüm ayağında olması ilə bağlı “simulyasiya kampaniyası” dayanmasa, Penitensiar Xidmət “müəyyən kadrları dərc etməyə məcbur olacaq”.

Qafqaz.media-nın məlumatına görə, Breqadze bildirib ki, Saakaşvilinin işində “onun guya səhhətinin kritik vəziyyəti ilə bağlı bəzi simulyasiyalar var” və onlarda bunu təkzib edən video sübutlar mövcuddur.

Nazir iddia edir ki, Saakaşvili səhhətini mümkün qədər ağırlaşdırmaq və azadlığa çıxmaq üçün özünə xəsarət yetirir.

Qafqaz.media