Dövlət başçıları İlham Əliyevi təbrik edir

22/12/2023 - 13:13

İordaniyanın Kralı II Abdullah ibn Al Hüseyn Azərbaycan Prezidenti İlham Əliyevi ad günü münasibətilə təbrik edib.

Publika.az xəbər verir ki, təbrikdə deyilir:

“Doğum gününüz münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram. İcazə verin, Sizə cansağlığı və xoşbəxtlik diləyi ilə ən xoş arzularımı çatdırım”.

***

Xorvatiya Respublikasının Prezidenti Zoran Milanoviç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Publika.az xəbər verir ki, mətndə deyilir:

"Hörmətli cənab Prezident.

Doğum gününüz münasibətilə səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyur, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və ali dövləti fəaliyyətinizdə uğurlar arzu edirəm.

Cənab Prezident, Sizə ən xoş diləklərimi yetirir və ölkənizin rifahının daha da yaxşılaşdırılması istiqamətindəki fəaliyyətinizdə yeni nailiyyətlər arzulayıram.

Əminəm ki, Xorvatiya və Azərbaycan bundan sonra da ikitərəfli əməkdaşlığı dostluq ruhunda möhkəmləndirəcək və dərinləşdirəcəkdir. Bunun üçün iqtisadi əlaqələrin inkişaf etdirilməsi istiqamətində birgə fəaliyyətimiz xüsusi əhəmiyyət kəsb edir.

Cənab Prezident, Sizə olan ən dərin ehtiramımı qəbul etməyinizi xahiş edirəm!".

***

Qırğız Respublikasının Prezidenti Sadır Japarov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Publika.az xəbər verir ki, mətndə deyilir:

"Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin.

Qeyd etmək istərdim ki, Sizin strateji baxışlarınız və rəhbərliyiniz ilə həyata keçirilən səmərəli siyasi və iqtisadi islahatlar Azərbaycanın beynəlxalq nüfuzunu və sabitliyini möhkəmləndirib, xalqın rifahını əhəmiyyətli dərəcədə yüksəldib.

Əminəm ki, Cənubi Qafqazda yeni geosiyasi reallıq, həmçinin nəqliyyat-logistika imkanlarının genişlənməsi gələcəkdə də Qırğız Respublikası ilə Azərbaycan Respublikası arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərinin daha da möhkəmlənməsinə şərait yaradacaqdır. Bu münasibətlər bizim ötən ilin aprel və oktyabr aylarındakı ikitərəfli səfərlərimizin yekunları nəticəsində misli görünməmiş səviyyəyə yüksəlib.

Hörmətli İlham Heydər oğlu, Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, əmin-amanlıq, qardaş Azərbaycan xalqının rifahı naminə ali dövləti fəaliyyətinizdə yeni uğurlar diləyirəm".

***

Ukraynanın Prezidenti Volodimir Zelenskidən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

Publika.az xəbər verir ki, məktubda deyilir:

"Zati-aliləri.

Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

2023-cü il - Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ili Azərbaycan və şəxsən Sizin üçün əlamətdar il oldu. Məhz bu il Azərbaycan Respublikasının suverenliyi tam bərpa edildi.

Ukraynanı azadlıq, müstəqillik və ərazi bütövlüyü uğrunda mübarizədə dəstəklədiyinizə, Rusiya ilə müharibənin humanitar nəticələrinin aradan qaldırılmasında yardıma görə Azərbaycana və şəxsən Sizə minnətdaram.

Mən dövlətlərimiz arasında mövcud dostluq münasibətlərini, şəxsi konstruktiv və səmimi dialoqumuzu yüksək qiymətləndirirəm. Əminəm ki, hörmət və etimada əsaslanan Ukrayna-Azərbaycan strateji əməkdaşlığı bundan sonra da hər iki ölkənin xalqlarının mənafeyi naminə fəal inkişaf edəcəkdir.

Zati-aliləri, Sizə möhkəm cansağlığı, bol enerji və məsuliyyətli dövləti fəaliyyətinizdə uğurlar arzu edirəm".

***

Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmondan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

Publika.az xəbər verir ki, məktubda deyilir:

"Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə səmimi təbriklərimi və xoş arzularımı qəbul edin.

Qardaş Azərbaycan Sizin rəhbərliyinizlə sosial-iqtisadi inkişaf yolunda irəliyə doğru inamla addımlamaqda davam edir, regional və beynəlxalq məsələlərdə getdikcə artan rol oynayır.

İnanıram ki, Sizin siyasi kursunuzla irəliləyən Azərbaycan Respublikası qüdrətli və inkişaf edən dövlət quruculuğunda yeni zirvələr fəth edəcək.

Fürsətdən istifadə edərək, həmçinin Sizi və Sizin simanızda ölkənizin bütün sakinlərini Yeni 2024-cü il münasibətilə təbrik edirəm.

Qarşıdan gələn ilin əvvəli Azərbaycan cəmiyyəti üçün xüsusi əhəmiyyətli hadisə - prezident seçkiləri ilə əlamətdar olacaq. Bu çox mühüm siyasi tədbirin uğurla keçirilməsi ilə bağlı səmimi arzularımı çatdırıram.

Tarixə qovuşan 2023-cü ildə möhkəm dostluq ənənələrinə, qarşılıqlı hörmətə və dəstəyə əsaslanan Tacikistan-Azərbaycan münasibətləri bir sıra mühüm hadisələrlə əlamətdar olub. Onların arasında Sizin Tacikistana dövlət səfərinizi qeyd etmək istərdim. Sizin ölkələrimiz və xalqlarımız arasında dostluq və əməkdaşlıq münasibətlərinin ardıcıl möhkəmləndirilməsinə daimi xüsusi diqqətinizi yüksək qiymətləndirirəm.

Xalqlarımızın köklü maraqları məcrasında iki ölkənin etimada əsaslanan dövlətlərarası dialoqunun davam etdirilməsinə şad olacağam.

Əziz İlham Heydər oğlu, Sizə və yaxınlarınıza möhkəm cansağlığı, xoşbəxtlik və yeni böyük uğurlar, qardaş Azərbaycan xalqına isə sülh, əmin-amanlıq və dayanıqlı tərəqqi arzulayıram".

***

Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədovdan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

Məktubda deyilir:

"Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə səmimi təbriklərimi və ən xoş arzularımı qəbul edin.

Azərbaycan Respublikası Sizin rəhbərliyinizlə hərtərəfli inkişaf yolunda inamla irəliləyir və beynəlxalq məsələlərdə öz nüfuzunu möhkəmləndirir.

Əminəm ki, Türkmənistan ilə Azərbaycan Respublikası arasında möhkəm və qədim əlaqələr daim inkişaf edəcək, xalqlarımıza və ölkələrimizə fayda gətirəcəkdir.

Hörmətli İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edərək, Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik və ailə səadəti, qardaş Azərbaycan xalqına bundan sonra da sülh, tərəqqi və firavanlıq arzu edirəm".

***

Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Prezidenti İlham Əliyevi doğum günü münasibətilə təbrik edib.

Təbrikdə Belarus Prezidenti qeyd edib ki, şəksiz rəhbər istedadı sayəsində milli lider kimi İlham Əliyev Azərbaycanın səmərəli iqtisadi inkişaf modelini həyata keçirmiş, dövlətin beynəlxalq arenada nüfuzunu möhkəmləndirib: "Fürsətdən istifadə edərək, Sizi Qoşulmama Hərəkatında uğurlu sədrliyiniz münasibətilə təbrik edirəm. Məmnuniyyətlə qeyd edirəm ki, Minsk ilə Bakının hörmətə və qarşılıqlı anlaşmaya əsaslanan strateji tərəfdaşlığı həm iqtisadi-ticari sahədə, həm də əməkdaşlığın digər istiqamətləri üzrə mühüm nəticələr əldə etməyə imkan verir.

Dostluğumuzu, ölkələrimiz arasında yaranmış münasibətlərin etimada əsaslanan xarakterini yüksək qiymətləndirir, yeni görüşləri və müxtəlif sahələrdə maraqlı birgə layihələri nikbinliklə gözləyirəm.

Hörmətli İlham Heydər oğlu, Sizə Azərbaycan Respublikasının rifahı naminə gələcək fəaliyyətinizdə yeni uğurlar, möhkəm cansağlığı, sülh, doğmalarınıza və yaxınlarınıza xoşbəxtlik diləyirəm".

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Əsgərimiz həlak oldu
15/09/2024 - 10:51
İlqar Məmmədov istefa verdi
12/09/2024 - 06:33