Dünya bazarlarında neft cüzi bahalaşıb
12/06/2024 - 09:58
ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2024-cü ilin avqust müqaviləsinin dəyəri 0,55% artaraq 1 barelə görə 82.37 ABŞ dolları təşkil edib.
"APA-Economics”in məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin iyulunda ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti isə 0,69% artaraq 1 barelə görə 78.44 ABŞ dolları təşkil edib.