“Ermənistan-Azərbaycan münaqişəsi KTMT-yə aid məsələ deyil“ - SENATOR

21/11/2022 - 18:02

"Ermənistanla Azərbaycan arasında münaqişə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının yurisdiksiyasına daxil deyil".

“Arqumentı i faktı” nəşri xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının sədr müavini Konstantin Kosaçev deyib.

O bildirib: “Ermənistanla Azərbaycan arasındakı münaqişə, fikrimcə, təşkilatın səlahiyyətlərinə aid deyil. KTMT-yə üzv olan dövlətlərin hər biri ona münasibətini müstəqil şəkildə müəyyənləşdirir. Rusiyaya gəlincə, məlumdur ki, nizamlanmanı ən səmimi şəkildə dəstəkləyirik. Üstəlik,  səylərimiz bərabər şəkildə həm bu, həm də digər tərəfdə tələb olunur. Başqa cür ola bilməz, vəziyyət, ancaq bu şəkildə inkişaf edə bilər”.

Sədr müavininin fikrincə, Ermənistan-Azərbaycan münaqişəsində yalnız bir tərəfi dəstəkləmək mövqeyindən çıxış etmək onun dərinləşməsi demək olardı:

“Sülh yolu ilə nizamlanma mövqeyi tutmaq və onu dəstəkləmək lazımdır ki, nizamlanmanın şərtləri bütün tərəflər üçün məqbul olsun”./yenisabah.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Daha bir əfsanə öldü - FOTO
30/09/2024 - 12:02