Ermənistanda DİN rəhbəri postuna 4 əsas namizəd var - KİV

13/12/2022 - 10:54

Ermənistan bu ilin sonuna kimi yaradılması nəzərdə tutulan Daxili İşlər Nazirliyi rəhbəri postuna 4 əsas namizəd var.

APA xəbər verir ki, bu barədə “Joğovurd” qəzeti ölkə rəhbərliyinə yaxın mənbələrinə istinadən məlumat yayıb.

Qeyd olunub ki, hələ Ermənistanda DİN fəaliyyətə başlamasa da, Baş nazir Nikol Paşinyanın komandası DİN rəhbəri postuna uyğun namizədlərin axtarışındadır.

Bu posta seçilmək üçün daha çox şansı olan 4 nəfərin - Romanos Petrosyan (Dövlət Nəzarət Xidmətinin rəisi), Armen Pambuxçyan (FHN rəhbəri), Armen Xaçatryan (hökumətyönlü fraksiyanın deputatı) və Ermənistan polisinin hazırkı rəhbəri Vaqe Kazaryan (onun Paşinyanla çox sıx əlaqələrinin olduğu bildirilib) adı daha çox hallanır.