“Ferrari” pilotu “Formula 1” Meksika Qran Prisinin qalibi olub

28/10/2024 - 06:18

“Ferrari” komandasının ispan pilotu Karlos Sayns “Formula 1” üzrə dünya çempionatının 20-ci mərhələsinin - Meksika Qran Prisinin qalibi olub. APA xəbər verir ki, yarış Rodriges Qardaşları Avtodromunda baş tutub.  İkinci yeri McLaren komandasından britaniyalı Lando Norris tutub. Saynsın komanda yoldaşı Şarl Lekler üçüncü olub. Dünya çempionatının növbəti mərhələsi noyabrın 1-3-də Braziliyada baş tutacaq. Ümumilikdə bu mövsüm sürücülərin dörd Qran Prisi qalıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Kipr sahilində zəlzələ oldu
17/11/2024 - 13:15