FHN-in növbəti humanitar yardımları Türkiyəyə yola salınır - YENİLƏNİB

09/02/2023 - 23:37

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyinin növbəti humanitar yardımları qardaş ölkəyə yola salınır.

Bunu FHN-in əməkdaşı Ərəstun Əliyev deyib.

Onun sözlərinə görə, budəfəki yardım çərçivəsində təyyarələr vasitəsilə 1 ədəd mobil səhra hospitalı, əhalinin yerləşdirilməsi üçün çadırlar və qızdırıcılar göndərilir.

"Bundan əvvəl, zəlzələnin ikinci günündə ilk dəfə mobil səhra hospitalı yola salınıb. Hazırda həmin hospital fəaliyyətini davam etdirir", - FHN əməkdaşı bildirib.

***

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyinin növbəti humanitar yardımları qardaş ölkəyə yola salınacaq.

Bu barədə FHN-dən bildirilib.

Belə ki, təyyarələr və Fövqəladə Hallar Nazirliyinə məxsus xüsusi təyinatlı nəqliyyat vasitələri ilə humanitar yardımların yola salınması üçün hazırlıq işləri görülür./report