Fidan Qahirədə Borrellə görüşdü
10/09/2024 - 15:47
Türkiyənin xarici işlər naziri Hakan Fidan Misirin paytaxtı Qahirədə Ərəb Liqası Xarici İşlər Nazirləri Şurasının 162-ci Toplantısı çərçivəsində Avropa diplomatiyasının rəhbəri Josep Borrell ilə görüşüb. Axar.az xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyindən bildirilib. Tərəflərin müzakirə etdiyi məsələlər hələ ki açıqlanmayıb.