“Financial Times” Ukrayna prezidentini “İlin Adamı” elan etdi – ZELENSKİ ÇÖRÇİLLƏ MÜQAYİSƏ OLUNUR

05/12/2022 - 14:38

Britaniyanın “Financial Times” qəzeti Ukrayna prezidenti Vladimir Zelenskini “İlin Adamı” elan edib.

“Fevral işğalından əvvəl bir çox ukraynalılar onun yüksək vəzifəyə gəlilişi ilə barışa bilmir, “təlxək” və “həvəskar siyasətçi” hesab edirdilər. Lakin 44 yaşlı Zelenski inanılmaz liderliyi və dözümlülüyü sayəsində tarixdə layiqli yerini tuta bildi”, – nəşr yazır.

“Financial Times” qeyd edir ki, Ukraynanın Kiyevə hücumu dəf etməsi və Donbasda əks-hücum əməliyyatı keçirməsi bütün dünyanı heyrətləndirib. “Ukrayna ordusu Rusiya qoşunlarının ələ keçirdiyi ərazilərin yarısını geri alıb və indi qışın gəlişi ilə Ukrayna hərbçiləri Donbas və Krım daxil olmaqla, bütün işğal olunmuş əraziləri azad etmək üçün cənuba və şərqə doğru irəliləyir”, - yazan nəşr bildirir ki, həm prezident olduğu dinc dövrdə, həm də müharibə zamanı olan çoxsaylı tənqidlərə baxmayaraq, Zelenski işğala müqavimət göstərmək üçün Qərb ölkələrini ir araya gətirə bilən əvəzsiz lider kimi özünü göstərib.

“Uinston Çörçill ölkəsini xilas etmək üçün radioda danışdığı kimi, Zelenski də sosial mediadan amansızcasına Qərbdən hərbi və maliyyə dəstəyi istəmək üçün istifadə edib, xalqının acınacaqlı vəziyyətini Avropa və ABŞ liderlərinə qarşı mənəvi təsir vasitəsinə çevirib.

Zelenski həm də Rusiyanın təcavüzünə qarşı mübarizədə Ukrayna xalqının cəsarət və dözümlülüyünün təcəssümü oldu. Məhz bu səbəblərə görə “Financial Times” Zelenskini “İlin Adamı” kimi tanıdı", - nəşr yazır.

Qafqaz.media