G7 ilin sonuna qədər Ukraynaya 50 milyard dollar kredit ayırmağı planlaşdırır
"Böyük Yeddilik" (G7) 2024-cü ilin sonuna qədər Ukraynaya kredit kimi 50 milyard dollar ayırmaq niyyətindədir. “Report” xəbər verir ki, bu barədə “RBC-Ukrayna” ABŞ-nin maliyyə naziri Cennet Yellenin Ukraynanın maliyyə naziri Sergey Marçenko ilə görüşü zamanı verdiyi açıqlamaya istinadən məlumat yayıb. Yellen açıqlamada qeyd edib ki, ABŞ-nin təmin edəcəyi hissə 20 milyard dollar təşkil edəcək və kredit dondurulmuş Rusiya aktivlərindən gələcək gəlirlər hesabına ödəniləcək. Xatırladaq ki, Avropa İttifaqı Şurası kreditin bir hissəsi kimi Ukraynaya 35 milyard avroya qədər vəsaitin köçürülməsi barədə qərarı təsdiqləyib.