Gələn il iki Günəş və iki Ay tutulması baş verəcə

23/10/2024 - 17:17

 

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından verilən məlumata görə, 2025-ci ilin 1-ci Günəş tutulması martın 29-da olacaq. Bu tutulma qismən Günəş tutulmasıdır. Bildirilib ki, tutulma martın 29-u saat 12:50:35-də başlayıb, saat 16:43:25-də sona çatacaq. Tutulma hadisəsi 3 saat 52 dəqiqə 50 saniyə davam edəcək. Tutulmanın maksimumu saat 14:48:36-da olacaq. Qismən tutulma Rusiyanın şimalı, Avropa, Şimal-Qərbi Afrika və Atlantik okeanından görünəcək. Tutulma hadisəsi Azərbaycan ərazisində müşahidə olunmayacaq. 2025-ci ilin 2-ci qismən Günəş tutulması sentyabrın 21-də baş verəcək. Tutulma hadisəsi sentyabrın 21-i saat 21:29:32-də başlayıb, sentyabrın 22-si saat 01:53:33-də sona çatacaq. Tutulma hadisəsi 4 saat 22 dəqiqə davam edəcək. Tutulmanın maksimumu sentyabrın 21-i saat 23:43:04-də olacaq. Tutulma hadisəsi Sakit okean, Yeni Zellandiya və Antarktidada görünəcək. Tutulma Azərbaycan ərazisindən müşahidə olunmayacaq. 2025-ci ilin ilk Ay tutulması martın 14-də baş verəcək. Bu, tam Ay tutulmasıdır. Tutulma hadisəsi saat 09:09:33-də başlayıb, 12:47:48-də sona çatacaq. Tutulma hadisəsi 3 saat 38 dəqiqə çəkəcək. Tutulmanın maksimumu saat 10:59:56-da baş verəcək. Tam tutulma hadisəsi Sakit okean, Amerika, Qərbi Avropa, Qərbi Afrikada müşahidə olunacaq. Bu tutulma zamanı Ay üfüqdən aşağıda olduğu üçün Azərbaycandan müşahidə olunmayacaq. 2025-ci ilin 2-ci tam Ay tutulması sentyabrın 7-də baş verəcək. Tutulma sentyabrın 7-si saat 20:27:02-də başlayıb, 23:56:26-də sona çatacaq. Tutulma hadisəsi 3 saat 29 dəqiqə 24 saniyə çəkəcək. Tutulmanın maksimumu saat 22:12:58-də baş verəcək. 2025-ci ilin 2-ci tam Ay tutulması Avropa, Afrika, Asiya və Avstraliyada görünəcək. Qeyd edək ki, Azərbaycan ərazisindən axşam saatlarından başlayaraq gecə yarısına kimi tam Ay tutulmasını müşahidə etmək mümkün olacaq.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Salyanda ev yanıb
11/11/2024 - 16:39
Pensiya alanlara xəbər var
11/11/2024 - 16:37