Gələn il müdafiə və milli təhlükəsizlik üzrə xərclərin büdcədə xüsusi çəkisi 16,8 faiz olacaq

17/09/2024 - 21:51

Azərbaycanda 2025-ci ildə müdafiə və milli təhlükəsizlik üzrə xərclərə ayrılması proqnozlaşdırılan vəsait açıqlanıb. APA-nın xəbərinə görə, bu, Maliyyə Nazirliyinin Azərbaycan Respublikasının 2025-ci ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair Açıqlamasında əksini tapıb. Qeyd edilib ki, müdafiə və milli təhlükəsizlik üzrə xərclərə 6,658.3 milyon manat ayrılması proqnozlaşdırılır ki, bunun da 2025-ci il dövlət büdcəsinin xərcləri hissəsində xüsusi çəkisi 16,8 faiz təşkil edəcək. Büdcədən məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq üzrə xərclərinə 3,207.7 milyon manat ayrılması proqnozlaşdırılır ki, bunun da büdcə xərclərində xüsusi çəkisi 8,1 faiz olacaq.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Neftin qiyməti artıb
26/08/2024 - 09:46
Neftin bu günə olan qiyməti
15/08/2024 - 16:44