Gələn il səhiyyə xərcləri 7 faiz çox olacaq

17/09/2024 - 21:53

Gələn il dövlət büdcəsində səhiyyə xərclərinə 1 milyard 997.2 milyon manat ayrılması proqnozlaşdırılır. APA-nın xəbərinə görə, bu, Maliyyə Nazirliyinin Azərbaycan Respublikasının 2025-ci ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair Açıqlamasında əksini tapıb. Səhiyyə xərclərinin büdcədə xüsusi çəkisi 5 faiz olacaq. Qeyd edək ki, 2024-cü ilin dövlət büdcəsində səhiyyə xərcləri 1 milyard 866 milyon 395 min 5 manat nəzərdə tutulub. Beləliklə, 2024-cü illə müqayisədə 2025-ci ildə səhiyyə xərcləri 7 faiz artırılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Neft bahalaşmaqda davam edir
19/11/2024 - 09:19
Neft yenidən bahalaşdı
18/11/2024 - 10:09